Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb

Baş səhifə
Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb

Dekabrın 13-ə keçən gecə Ukraynanın Odessa şəhərinə Rusiya ordusunun hücumu nəticəsində elektrik və su təchizatında fasilələr yaranıb.

“Report” xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Məlumata görə, şəhər ballistik və qanadlı raketlərin zərbələrinə məruz qalıb.

Bu vaxt DTEK-də (operator şirkəti) Odessada, Peresıpsk və Primorsk rayonlarının bir hissəsində şəbəkədəki yerli qəza səbəbindən işığın kəsildiyi bildirilib. Bundan əlavə, Ukraynanın Xerson və Nikolayev bölgələrində elektrik enerjisinin qismən kəsilməsi müşahidə olunub.