ABŞ-da Demokratlar Epşteyn işi üzrə 95 min yeni şəkil əldə ediblər

Baş səhifə

Bakı. Trend:

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokrat
üzvləri, uşaq təcavüzünə görə məhkum edilmiş və daha sonra intihar
etmiş maliyyəçi Ceffri Epşteynin işindən 95.000 fotoşəkil əldə
etdiklərini açıqlayıblar.

Trend-in məlumatına görə, bu barədə Demokratlar Partiyasının
nümayəndələri “X” sosial şəbəkəsində yazıblar.




“Nəzarət qurumundan olan Demokratlar Ceffri Epşteynin əmlakından
95 000 yeni fotoşəkil əldə ediblər. Bu narahatedici görüntülər
Epşteyn və onun dünyanın ən nüfuzlu insanları ilə münasibətləri ilə
bağlı daha çox sual doğurur”, – deyə onlar bildiriblər.

Qeyd edək ki, dekabrın 10-da Nyu-York ştatının Cənub Dairəsi
məhkəməsi Epşteyn işi üzrə materialların yayımlanmasına icazə
verib.