
Bakı. Trend:
Dekabrın 12-də “Azərişıq” və “AzərEnerji” ASC-lərin
kollektivləri Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı,
Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül
dəstələri qoyublar.
“Azərişıq” ACS-dən Trend-ə verilən məlumata görə, görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət
edilib.
Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər “Azərişıq” və “Azərenerji” ASC-lərin Naxçıvan, Qarabağ və digər
regional idarələrində də keçirilib.

