ABŞ Karib dənizindəki bazaya daha bir qrup qırıcı təyyarə yerləşdirir

Baş səhifə

Bakı. Trend:

ABŞ Cənub Komandanlığının (SOUTHCOM) hava komponentini
gücləndirmək üçün Puerto Rikodakı Ruzvelt Roads Hərbi Hava
Qüvvələri Bazasına beşinci nəsil “F-35A Lightning II” qırıcı
təyyarələri qrupu yerləşdirir.

Trend-in
məlumatına görə, bu barədə “The War Zone” qəzeti amerikalı məmura
istinadən məlumat yayıb.




Məlumata əsasən, Venesuela sahillərindən təxminən 850 kilometr
məsafədə yerləşən bazada artıq ABŞ Dəniz Piyadaları Korpusunun 10
ədəd “F-35B” qırıcı təyyarəsindən ibarət eskadrilya yerləşib.

ABŞ hərbi rəsmiləri Karib dənizindəki ABŞ ərazisi olan Puerto
Rikoya yerləşdirilən F-35A qırıcı təyyarələrinin sayı barədə
məlumat verməyib. Onlar 158-ci Hava Milli Qvardiyası Qanadının
yerləşdiyi Vermontdakı hava bazasından gəlirlər.