Bakı. Trend:
Gələn ildən etibarən London sakinlərini ictimai nəqliyyatda yeni
tarif artımları gözləyir.
Trend bu barədə xarici
KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Böyük Britaniyada davam edən yaşayış xərcləri
böhranı fonunda London metrosu üzrə gedişhaqqı mart ayından
artırılacaq. Dəyişikliklər çərçivəsində pik saatlarda 1-ci Zona
adlandırılan ərazi üzrə “pay-as-you-go” sistemi ilə səyahətin
qiyməti 2,90 funt sterlinqdən 3,10 funta qaldırılacaq.
Bununla yanaşı, avtobus və tramvay tariflərinin iyul ayınadək
dəyişdirilməyəcəyi bildirilib.

