Böyük Britaniyanın Bakıdakı səfirliyi “Women in Architecture Competition” müsabiqəsinin qaliblərini mükafatlandırıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Bakıdakı səfirliyi “Women in Architecture
Competition” müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Trend bu barədə səfirliyə
istinadən xəbər verir.




“Böyük Britaniyanın dünya səviyyəli memarlıq mükəmməlliyi və
Azərbaycanın inkişaf edən yaradıcı potensialı vurğulanır. Aparıcı
memarlıq firmalar – Zaha Hadid Architects, Chapman Taylor
Architects və Scott Brownrigg ilə tərəfdaşlıq çərçivəsində,
Azərbaycan Memarlıq və İnşaat Universitetindən və Azərbaycan Dövlət
İncəsənət Akademiyasının tələbələrini dövrümüzün ən aktual
problemlərindən biri olan şəhər yerlərində su çatışmazlığına
innovativ həllər yaratmağa dəvət etdik. Bu təşəbbüs
tərəfdaşlığımızın gücünü və qadınların təhsilini, peşəkar
inkişafını və memarlıqda liderliyi dəstəkləmək üçün ortaq
öhdəliyimizi əks etdirir.

Tərəfdaşlarımıza və iştirakçılarımıza vaxtlarına və
sədaqətlərinə görə böyük təşəkkür edirik! Qalibləri təbrik edirik.
Sizə böyük uğurlar arzulayırıq!”, – diplomatik missiyanın sosial
media hesabındaqeyd olunub.