Naxçıvanda qazdan kütləvi zəhərlənmə olub.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.
Belə ki, yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib.
Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.

