Tanınmış britaniyalı yazıçı vəfat edib

Baş səhifə

Bakı. Trend:

Britaniyanın tanınmış yazıçısı Coanna Trollop 82 yaşında
dünyasını dəyişib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Yazıçının qızları Luiza və Antoniya mətbuata açıqlamalarında
bildiriblər ki, analarının son günlərini Oksfordşirdəki evində
hüzur içində keçirdiyini bildiriblər. Yazıçının ölüm səbəbi
dəqiqləşdirilmir.




Vida mərasiminin tarixi və yeri sonradan açıqlanacaq.

Trollop öz yaradıcılığında Mərkəzi İngiltərədə romantika və
intriqalar mövzularını qaldırırdı. Onun ən məşhur əsərləri arasında
“Pastor Hardingin qızı”, “Rektorun həyat yoldaşı”, “Məşuqə ilə
evlilik” və “Gəlinlər” romanları göstərilir.

Yazıçının kitabları 25-dən çox dilə tərcümə edilib və onların
bəziləri televiziya üçün ekranlaşdırılıb.