AFFA Hakimlər Komitəsinin yeni sədri Rəhim Həsənov Misli Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirilən oyunlarda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
“Report”un məlumatına görə, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə 5 matçda qeydə alınan 5 epizodla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis FIFA referiləri Kamal Umudlunun “İmişli” – “Sabah” görüşündə, Əliyar Ağayevin isə “Sumqayıt” – “İmişli” matçında təyin etdikləri penalti qərarlarının səhv olduğunu vurğulayıb.
AFFA Hakimlər Komitəsinin sədri FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqləyib
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

