İsrail Livanda Hizbullaha aid obyektə aviazərbə endirib

Baş səhifə

Bakı.Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullah
hərəkatına aid olduğu deyilən təlim düşərgəsinə aviazərbə
endirib.

Trend xəbər verir
ki, bu barədə İsrail mediasında məlumat yayılıb.

Məlumata əsasən, Hizbullah həmin düşərgədə əlahiddə “Rədvan
Qüvvələri”nin döyüşçülərini İsrailə qarşı potensial hücumlar
hazırlayıb.




Dağıntılar və itkilər barədə məlumat yoxdur.

Bu həftənin əvvəli IDF Rədvan Qüvvələrinə aid başqa bir təlim
düşərgəsinə aviahücum etmişdi.