
“Donbasda Rusiya və Ukrayna qoşunlarının olmaması tamamilə mümkündür. Bəli, amma Milli Qvardiya, polis, asayişi qorumaq və həyatı təşkil etmək üçün lazım olan hər şey olacaq”.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov “Kommersant”ın xüsusi müxbiri Andrey Kolesnikovla söhbətində bildirib.
“Donbas Rusiya administrasiyalarımızın nəzarəti altında olacaq”, – deyə Uşakov vurğulayıb.
“Danışıqlar yolu ilə olmasa, ordu bu ərazini Rusiya Federasiyasının tam nəzarəti altına keçirəcək. Qalan hər şey bundan asılı olacaq. Başqa sözlə, atəşkəs yalnız Ukrayna qoşunlarının Donbasdan çıxarılmasından sonra mümkün ola bilər”, – deyə o əlavə edib.

