
Bakı. Trend:
Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatlatın və
sənədlərin verilməsi qaydası dəyişir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin növbəti plenar iclasının
gündəliyinə daxil edilən qanun layihəsində öz əksini tapıb.
Maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab
açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə vergi və maliyyə
məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrası
məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün zəruri
məlumatlar və sənədlər, həmçinin həmin məlumatlarda və sənədlərdə
şəxsin statusunun rezidentlik dəyişdirilməsinə səbəb olan
dəyişiklik baş verdiyi halda, bu barədə məlumatlarvə sənədlər
dəyişiklik baş verdiyi gündən 30 gün müddətində şəxs tərəfindən
maliyyə institutuna təqdim edilməlidir.
Maliyyə institutuna dürüst olmayan və (və ya) təhrif olunmuş
məlumatların və sə sənədlərin təqdim edilməsinə və ya rezidentlik
statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik üzrə məlumatların
və sənədlərin bu Məcəllənin 76-1.2-ci maddəsi ilə müəyyən edilmiş
müddətdə təqdim edilməməsinə görə şəxslərin inzibati məsuliyyətə
cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

