Azərbaycanda on bir ayda istehsal olunan ət və süd məhsullarının həcmi açıqlanıb – STATİSTİKA

Baş səhifə

Bakı.Trend:

2025-ci ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla
diri çəkidə 544,1 min ton ət, 2086,0 min ton süd, 2140,5 milyon
ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal
olunub.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.




Bildirilib ki, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta
istehsalı 2,0 faiz, süd istehsalı 0,3 faiz, ət istehsalı 0,1 faiz
artmış, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz
azalıb.