Bu ilin 10 ayı ərzində ölkəyə gətirilən minik və yük avtomobillərinin sayı açıqlandı

Baş səhifə

Bakı.Trend:

2025-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 86909 ədəd minik
avtomobili, 6588 ədəd yük avtomobili, 702 ədəd avtobus idxal
olunub.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.




Bildirilib ki, idxal olunan malların 49,2 faizini avtomobil,
31,1 faizini hava, 10,1 faizini dəniz, 9,3 faizini dəmir yolu
nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik
ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil
edib.

İxracın 46,9 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,5
faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Yunanıstana,
3,0 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini
Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3 faizini Rumıniyaya, 2,0
faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş
Krallığa, 1,0 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla
Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini Fransaya,
0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə
digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.