Putinin köməkçisi Donbasda Rusiya qoşunlarının olmayacağının mümkünlüyünü söyləyib

Baş səhifə

Mümkündür ki, Donbasda nə Rusiya, nə də Ukrayna qoşunları olsun, yalnız “Rosqvardiya” (Rusiya Federasiyasının Milli Qvardiyası – red.) olacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Orada nə Rusiya, nə də Ukrayna qoşunlarının olmayacağı tamamilə mümkündür. Bəli, amma “Rosqvardiya”, polisimiz, asayişi qorumaq və həyatı təşkil etmək üçün lazım olan hər şey olacaq”, – deyə o bildirib.

Kreml rəsmisi Rusiyanın gec-tez bütün Donbası nəzarətə götürəcəyini də söyləyib.