ABŞ-də miqrantlara qarşı kütləvi reyd keçirilib – 400-ə yaxın saxlanılan var

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidməti (ICE) Minnesota
ştatında qanunsuz miqrasiyaya qarşı keçirilən irimiqyaslı
əməliyyatda 400-dən çox qanunsuz mühaciri saxlayıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Əməliyyat daha çox Somalidən olan mühacirlərin kompakt yaşadığı
və dünyanın ən böyük Somali diasporunun yerləşdiyi Sent-Polda
həyata keçirilib. Reyddə ICE əməkdaşları ilə yanaşı digər
qurumların əməliyyatçıları da iştirak edir.




ICE rəsmisi Markos Çarlz yerli telekanala verdiyi açıqlamada
ictimaiyyəti əmin edib ki, əməliyyat sırf somalililərə yönəlməyib,
məqsəd sadəcə həmin rayonda qanunsuz yaşayan mühacirləri
aşkarlayaraq saxlamaqdır.

Onun sözlərinə görə, əməliyyatın gedişini çətinləşdirən əsas
amil, hava şəraitinin əlverişsiz olmasıdır. Belə ki, temperatur çox
aşağı olduğundan qanunsuz miqrantlar evlərini demək olar ki, tərk
etmirlər.