
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu il MSK-nın tərkibinin yenidən formalaşdırılacağı barədə iddialara münasibət bildirib.
APA xəbər verir ki, Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, MSK-nın bu il yenidən formalaşdırılması nəzərdə tutulmur.
Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti gələn il apreldə başa çatır.

