
Bakı.Trend:
Bu ilin 10 ayı ərzində doğulan uşaqların 2714 əkiz, 81 üçəm
doğulub
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə
Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 80 802
doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə
müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq
10,1-dən 9,5-ə düşüb.

