Tokayev Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışdı

Baş səhifə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasına ümid edir.

Modern.az xəbər verir ki, dövlət başçısı Aşqabadda keçirilən 2025-ci il Beynəlxalq Sülh və Etimad İli forumunda bildirib ki, hərtərəfli razılaşma Cənubi Qafqazda sabitliyi təmin edəcək.

O bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən sülh haqqında birgə bəyannamənin imzalanması tarixi əhəmiyyət kəsb edir və regionda və ondan kənarda çoxşaxəli əməkdaşlıq üçün geniş perspektivlər açır.

8 avqustda Ermənistan, ABŞ və Azərbaycan liderləri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. İki ölkənin xarici işlər nazirləri həmçinin sülh müqaviləsini paraflayıblar.