
Gürcüstan hakimiyyəti sülhsevər siyasət yürüdür və regional sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə çalışır. Biz Cənubi Qafqazda dialoq üçün neytral və etibarlı məkan təklif edirik.
APA-nın yerli bürosu xəbər verik ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Aşqabadda keçirilən beynəlxalq forumda çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələr arasında gərginliyin azaldılmasına yönəldilmiş təmasların təşəbbüskarı və dəstəkçisi olub.
“Gürcüstan fiziki və diplomatik körpülər quraraq regional əməkdaşlğı fəal təşviq edir. Bununla da biz daha konskrtuktiv regional mühitin yaradılmasına sadiqliyimizi nümayiş etdiririk. Gürcüstan tərəfdaşları ilə əməkdaşlığa tam olaraq sadiq qalır. Əminik ki, dayanıqlı gələcək həm dialoq, həm də hərəkətlər tələb edir. Yalnz birgə səylərlə gələcək nəsillər üçün daha təhlükəsiz və dayanıqlı gələcək qura bilərik”, – Kobaxidze əlavə edib.
Baş nazir çıxışında Orta Dəhlizin əhəmiyyətinə də toxunaraq qeyd edib ki, layihə qarşılıqlı ticari-iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir:
“Asiya və Avropanı birləşdirən Orta Dəhliz yalnız nəqliyyat marşrutu deyil, həm də insanları, biznesi, mədəniyyətləri birləşdirən etimad dəhlizidir”.

