Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anım günüdür.

Trend xəbər
verir ki, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident
Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət
rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının
əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi
önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və
qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını
bildiriblər.




Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik
Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül
dəstələri qoyulub.