Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Dekabrın 11-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki
dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 268, o cümlədən borclu şəxs qismində
axtarışda olan 239 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.




Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.