
Bakı. Trend:
“OpenAI” ilə “Walt Disney” arasında üç illik lisenziya sazişi
imzalanıb.
Trend xəbər verir ki, məlumat “OpenAI”nin rəsmi saytında dərc olunub.
Razılaşmaya əsasən, “ChatGPT Images” və “Sora” istifadəçiləri
artıq “Disney”, “Marvel” və “Pixar” filmlərinə məxsus 200-dən çox
personajın təsvir və videolarını yaratmaq imkanı əldə
edəcəklər.
Bundan başqa, “Disney” şirkəti “OpenAI”yə ümumi dəyəri bir
milyard dollar olan investisiya qoymağı planlaşdırır.

