
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İran Vaşinqtonla
razılığa gəlməsə və raket proqramını davam etdirsə, ABŞ-ın İrana
qarşı yeni zərbələr endirməsi mümkündür.
Trend xəbər verir ki, Tramp
bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə əsasən, ABŞ Silahlı Qüvvələrinin İranın Fordo,
Natanz və İsfahandakı nüvə obyektlərinə əvvəlki zərbələri
olmasaydı, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi mümkün olmazdı.
“İran nüvə proqramını davam etdirməyə cəhd göstərə bilər.
Onların həmin obyektləri bərpa etməsi uzun vaxt aparacaq, lakin
əgər bunu bizimlə anlaşma əldə etmədən etməyə çalışsalar, biz bu
fəaliyyətləri də sıradan çıxaracağıq. Biz onların raketlərini çox
qısa müddətdə məhv edə bilərik,” – Tramp qeyd edib.

