İranda altı ölkənin iştirakı ilə Əfqanıstanla bağlı vəziyyət müzakirə olunacaq

Baş səhifə

Bakı. Trend:

Gələn həftə İranda Rusiya, Çin və Pakistanın da daxil olduğu
altı ölkənin nümayəndələrinin iştirakı ilə Əfqanıstandakı vəziyyətə
dair toplantı keçiriləcək.

Trend xəbər verir ki, bu
barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai
açıqlama yayıb.




Bəqai bildirib ki, İran region ölkələrinin təhlükəsizliyi və
sabitliyinə böyük önəm verir və bu istiqamətdə regional gərginliyin
azaldılması, qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün bütün
imkanlardan istifadə edəcək.

Məlumata görə, görüş gələn həftə Tehranda baş tutacaq və
Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Çin və Rusiyanın
Əfqanıstan üzrə xüsusi nümayəndələri toplantıda iştirak
edəcəklər.