Kerolayn Levitt: Tramp Tailand və Kamboca liderləri ilə danışmaq niyyətindədir

Baş səhifə
Kerolayn Levitt: Tramp Tailand və Kamboca liderləri ilə danışmaq niyyətindədir

Amerikanın Prezidenti Donald Tramp hələlik Tailand və Kamboca liderləri ilə danışmayıb, lakin bunu etmək niyyətindədir, Vaşinqton Administrasiyası iki ölkə arasındakı gərginliyin kəskinləşməsi ilə əlaqədar vəziyyəti izləyir.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

“Prezident hələ bu telefon danışıqlarını aparmayıb və o bunu edəndə əminəm ki, siz bunu birbaşa ondan eşidəcəksiniz”, – o deyib. Levitt Tailand və Kamboca arasındakı münaqişənin kəskinləşməsini nəzərdə tutaraq əlavə edib: “ABŞ Administrasiyası, şübhəsiz ki, bu vəziyyəti ən yüksək səviyyədə izləyir və prosesə tam cəlb olunub”.