Azərbaycan Gürcüstan üçün vacib strateji tərəfdaşdır – Maka Boçorişvili

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Gürcüstanın hökumət başçılarının Aşqabaddakı
görüşü çox məhsuldar olub. Bu görüşlər çərçivəsində
ticarət-iqtisadi əlaqələr və ölkəmizin iqtisadi inkişafı ilə bağlı
əsas mövzular müzakirə olunub.

Trend xəbər verir ki, bu
barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Aşqabadda
jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, görüşdə Azərbaycan-Gürcüstan strateji
tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat, neft-qaz,
“yaşıl enerji”, humanitar və digər sahələrdə inkişafından məmnunluq
ifadə olunub.

Onun sözlərinə görə, müstəsna əhəmiyyətə malik ikitərəfli
gündəlik var. Maka Boçorişvili deyib ki, ölkələr arasında siyasi və
iqtisadi münasibətlərin ən yüksək səviyyədə müzakirəsi
vacibdir.

“Azərbaycan Gürcüstan üçün mühüm strateji tərəfdaşdır və bu
yaxın əlaqələr yüksək səviyyəli davamlı siyasi dialoq tələb edir”,
– deyə Boçorişvili bildirib.