Bu ölkədə qripə yoluxma rekord həddə çatıb

Baş səhifə

Bakı. Trend:

İngiltərədə qrip halları həftəlik 55% artımla rekord həddə
çatıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ötən həftə gündəlik orta hesabla 2660 nəfər qrip
xəstəsi xəstəxanaya müraciət edib.




Ondan öncəki həftə isə xəstəxanaya gündəlik 1717 nəfər müraciət
edib.

Qeyd edilir ki, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 1861
xəstə, 2023-cü ildə bu rəqəm gündəlik cəmi 402 xəstə olub.