Premyer Liqa klubunun müdafiəçisi “Beşiktaş”a keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Vulverhempton”un müdafiəçisi Emmanuel Aqbadu karyerasını
Türkiyə Super Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Beşikatş” Fil Dişi Sahili millisinin üzvünü transfer etmək
istəyir.




Artıq klublar arasında rəsmi danışıqlar başlayıb. 28 yaşlı
mərkəz müdafiəçisi özü “Beşiktaş”a keçməyə isti yanaşır.

Qeyd edək ki, “Vulverhempton” Emmanuel Aqbadunu bu ilin yanvar
ayında “Reyms”dən 20 milyon avroya transfer edib.