Bu işçilərin maaşı artırılır

Baş səhifə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli alimlərin əməkhaqqılarının artırılması ilə bağlı iş apardığını bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yekun hesabat iclasında çıxışı zamanı məlumat verib. İ.Həbibbəyli deyib ki, işçilərin sosial müdafiəsinin yaxşılaşdırılması da AMEA-nın qarşısında duran əsas məqsədlərdən biridir:

“2026-cı ildə ölkədə hər kəsin əməkhaqqısının artırılacağını nəzərə alsaq, bu, alimlərə də şamil olunmalıdır. Bununla bağlı iş aparıram”.

O, həmçinin qeyd edib ki, AMEA-nın əsas məqsədlərindən biri də həqiqi və müxbir üzvlüyə seçkilərin keçirilməsidir:

“Uzun müddətdir həqiqi və müxbir üzvlüyə seçkilər keçirilmir. Fikrimcə, yanvardan sonra bu məsələyə baxmaq olar”.

İ.Həbibbəyli, eyni zamanda, AMEA-nın Qarabağda elmi mərkəzi və ya bölməsinin yaradılmasının da nəzərdə tutulduğunu vurğulayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.