
Bakı. Trend:
Pakistan Beynəlxalq Valyuta Fondundan 1,2 milyard dollar
həcmində maliyyə tranşı qəbul edib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İslam Respublikasının Mərkəzi bankından olan mənbənin
bildirdiyinə görə, həmin məbləğdən 1 milyard dollar geniş kredit
maliyyələşməsi proqramı, 200 milyon dolları isə dayanıqlı inkişaf
və bərpa proqramı çərçivəsində köçürülüb.
“The Nation” nəşri qeyd edir ki, Pakistanın Mərkəzi Bankının
hesabına köçürülmüş vəsait ölkənin maliyyə durumunun
yaxşılaşdırılmasına və iqlim dəyişikliyi və digər ekoloji
problemlər fonunda meydana gələn mövcud çağırışlar fonunda iqtisadi
dayanıqlığın artırılmasına kömək edəcək.


