Əhali 11 ayda 1,4 milyard manatlıq əczaçılıq məhsulları alıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 1,424 milyard manatlıq əczaçılıq
məhsulları və tibbi ləvazimatlar satılıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 24,3% çoxdur.




Sözügedən məhsullar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi
çəkisi 2,4% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o
cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları
satılıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq
malları üzrə 6,7 faiz artıb.