Bakı. Trend:
Fransalı tennisçi Kenten Folyo razılaşdırılmış oyunlar təşkil
etdiyinə görə 20 illik diskvalifikasiya olunub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Tennisdə Dürüstlüyün
Təminatı Agentliyinin (ITIA) mətbuat xidməti məlumat yayıb.
İdmançı həmçinin, 70 min dollar məbləğində cərimələnib və ümumi
məbləği 44 min dollar olan korrupsiya bulaşmış vəsaitləri geri
qaytarmağa məcbur edilib. Fransız tennisçinin fəaliyyətində
ümumilikdə 27 pozuntu qeydə alınıb.
Folyo 2022–2024-cü illər ərzində baş tutan 11 oyunla bağlı irəli
sürülən 30 ittihamı rədd edib. Həmin oyunların səkkizində o özü
iştirak edib. İttihamlar oyun nəticələrinin manipulyasiyası, mərc
məqsədi ilə qəsdən zəif oyun göstərmək üçün pul almaq, digər
tennisçilərə razılaşdırılmış oyunlar üçün pul təklif etmək,
insayder məlumatları ötürmək, korrupsiya məqsədilə sövdələşmə,
ITIA-nın araşdırması ilə əməkdaşlıqdan imtina və sübutların məhv
edilməsi kimi halları əhatə edib.

