Bakı. Trend:
Arif Məmmədovun rəhbərliyi ilə Şərqi Zəngəzur arxeoloji
ekspedisiyası Zəngilanda, Şərifan kəndi ərazisində tədqiqat
aparıb.
Trend xəbər
verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya
İnstitutunun hesabatında qeyd olunub.
Hesabata görə, 2025-ci il tədqiqatları türbənin daxili və
ətrafında aparılan qazıntılar qəbir kamerasının kompleks
quruluşunu, bişmiş kərpiclə hörülmüş iki hissəli dəfn sistemini və
orta əsr müsəlman qəbirlərinin mövcudluğunu müəyyən edib.
Aşkar olunan maddi-mədəniyyət nümunələri abidənin XIII–XV
əsrlərə aid olduğunu təsdiqləyərək bölgənin orta əsr dini-memarlıq
ənənələrinin və sosial həyatının öyrənilməsi üçün mühüm elmi
material təqdim edib.

