Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də
Türkmənistana işgüzar səfərə gedib.

Trend xəbər verir ki, bu
barədə Nazirlər Kabineti məlumat yayıb.

Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan
Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi
şəxslər qarşılayıblar.