Məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı artırılacaq

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla
məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının
artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə
təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası
sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında
öz əksini tapıb.




Məhkəmə ekspertinin iş yükü normasına və ekspertiza
tədqiqatlarının mürəkkəblilik dərəcəsinə dair xarici ölkələrin
təcrübəsinin öyrənilməsi və məlumatların təhlili, müvafiq təhlillər
əsasında məhkəmə ekspertizası növlərindən asılı olaraq,
ekspertlərin optimal iş yükünə və məhkəmə ekspertizası idarələrinin
ştat sayının artırılmasına dair təkliflərin hazırlanaraq aidiyyəti
üzrə təqdim edilməsi, məhkəmə ekspertlərinin optimal iş yükü
müəyyən edilməklə məhkəmə ekspertizası idarələrinin fəaliyyət
imkanlarının gücləndirilməsi planlaşdırılır.