Aşağı Muğan kanalının yenidən qurulması üzrə 75 milyon manatlıq işlərə başlanılır

Baş səhifə

Bakı. Trend:

Aşağı Muğan kanalının yenidən qurulması çərçivəsində I mərhələ
üzrə işlərə start verilir.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
(ADSEA) tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq
bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Euroline” Qapalı Səhmdar
Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.




Müqaviləyə əsasən, şirkətə 75,047 milyon manat ödənilib.

İşlərin həvalə olunduğu “Euroline” QSC 2007-ci ildə dövlət
qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2200 manat olan QSC-nin
qanuni təmsilçisi Əhmədov Əbülfət Əlövsət oğludur.

1960-cı ildə istismara verilən və 65,7 km uzunluğuna malik Aşağı
Muğan kanalı Aşağı Muğan kanalı Saatlı və Sabirabad rayonlarının
inzibati ərazilərinə daxildir.