
Bakı. Trend:
Qzərbaycanda data mərkəzinin qurulması üzrə işlər uğurla davam
etdirilməkdədir.
Bunu Milli Süni İntellekt Mərkəzinin Süni intellekt üzrə məhsul
sahibi İbrahim Süleymanov Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu mərkəzin qurulmasında hesablama
proseslərinin aparılması üçün qrafik prosessor modullarına ehtiyac
var:
“Avadanlıqlar alınıb və hazırda quraşdırılma işləri gedir. Bu
işlər yekunlaşdıqdan sonra öz süni intellekt məhsullarımızı həmin
mərkəzdə təqdim edə biləcəyik. Bu isə xərcləri azaldacaq.
Mərkəzdən həm tələbələr istifadə edəcək, həm də müvafiq dövlət
strukturlarında istifadə olunacaq süni intellekt məhsulları həmin
serverdə quraşdırılacaq. Bu da imkan verəcək ki, dövlət qurumları
süni intellekt layihələrini bu avadanlıqlar üzərində apara
bilsinlər. Gələn ilin ilk rübündə artıq bu işlərin ilkin
nəticələrini görə biləcəyik”.

