
Bakı.Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin
Quliyev “Mara’ee 2025” tədbiri ərəfəsində Bəhreyn Krallığının
Daxili İşlər naziri cənab Rəşid bin Abdullah Əl-Xəlifəilə görüş
keçirıb.
Trend xəbər
verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf
etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq
kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata
keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

