
Bakı. Trend:
Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası
çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici
təlimlərini davam etdirir. Gəncə şəhərində yerləşən ali məktəblərin
ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji
Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti
üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər
üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O,
çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını
vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının
artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Kapital Bank-ın Fraud halları və rəqəmsal
əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov
kiberdələduzluğun geniş yayılan formaları və gündəlik əməliyyatlar
zamanı diqqət edilməli məqamlar haqqında danışıb. Bankın
Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov isə son
dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin qarşılaşdığı
risklər və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı
təhlükəsizlik tədbirləri haqqında iştirakçılara məlumat verib.
Tədbirin yekununda keçirilən interaktiv sual-cavab sessiyasında
isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara aydınlıq
gətirib.
Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi
təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa
qarşı diqqətli olması, şəxsi hesablarını qoruması və fərdi
məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca
vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə,
kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil
nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart
sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək
olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə
sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng edə bilməz.
Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı
olub olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün
müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən
mesaj tələb edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş
Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır. Bildirişdə
qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən
şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə
güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə
bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək
olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk,
Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

