Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada eniş
üçün icazə ala bilməyib. Bu səbəbdən təyyarə Sankt-Peterburqda
məcburi eniş etməli olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, Ermənistan Baş nazirinin təyyarəsi təxminən bir
saat ərzində Tver vilayəti üzərində eniş üçün pəncərə gözləyərək
dövrə vursa da, sonda “Pulkovo” hava limanına yönləndirilib.

Hava nəqliyyatında pozuntuların yaranmasının Moskvaya pilotsuz
uçuş aparatları ilə edilən hücumların kəskinləşməsi ilə
əlaqələndirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava
hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva ətrafında 32
PUA-nı vurub.