
Bakı. Trend:
Əbu-Dabidə keçirilən “Bridge” media və məzmun sənayesi sammiti
çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Suriya
Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa arasında
ikitərəfli görüş keçirilib.
MEDİA-dan Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan
ilə Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq
əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının
genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran
istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, eyni zamanda dezinformasiya ilə mübarizə,
etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun
genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi
məsələləri də diqqət mərkəzində olub.

