ABŞ il ərzində deportasiya olunan miqrantların sayını açıqlayıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin əvvəlindən ABŞ 2,5 milyon nəfərə yaxın əcnəbini
ölkədən deportasiya edib. Onlardan 1,9 milyon nəfəri
“özünüdeportasiya” proqramı çərçivəsində ölkəni könüllü surətdə
tərk edib, 600 minə yaxını isə məcburi qaydada ölkədən xaric
edilib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik
Nazirliyi məlumat yayıb.




“600 min qanunsuz miqrant 365 gündən az müddət ərzində
ölkəmizdən deportasiya edilib. “Özünüdeportasiya” proqramından
istifadə edən 1,9 milyon nəfərlə birlikdə ABŞ-dən çıxan qanunsuz
miqrantların ümumi sayı 2,5 milyonu ötüb”,- deyə məlumatda qeyd
olunub.