“Qarabağ” “Ayaks”a məğlub oldu –

Baş səhifə

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

Metbuat.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın “Ayaks” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib – 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən “Qarabağ”ı hesabda önə keçirib.

“Ayaks”ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. “Qarabağ”ın turnirdə 7 xalı var.

***

23:33

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda altıncı qol vurulub.

Metbuat.az-ın məlumatına görə, qonaqlar matçda dördüncü dəfə fərqləniblər – 2:4.

Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.

***

23:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda beşinci qol vurulub.

Metbuat.az-ın məlumatına görə, bu dəfə qonaqlar hesabda önə keçib – 3:2.

83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

***

23:23

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda dördüncü qol vurulub.

Metbuat.az-ın məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər – 2:2.

Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.

***

22:51

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda növbəti qol vurulub.

Metbuat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib – 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

***

22:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ikinci hissə start götürüb.

Metbuat.az-ın məlumatına görə, hazırda hesab bərabərdir – 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

***

22:31

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ilk hissə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar – 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

***

22:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ikinci qol vurulub.

Metbuat.az-ın məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib – 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

***

21:57

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda hesab açılıb.

Metbuat.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

***

21:46

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyunu start götürüb.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.