“Qarabağ” məğlub olur – YENİLƏNİR

Baş səhifə

“Qarabağ” – “Ayaks” (Niderland) oyununda altıncı qol vurulub.

Modern.az xəbər verir ki, qonaqlar matçda dördüncü dəfə fərqləniblər – 2:4.

Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.

***

23:30

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda beşinci qol vurulub.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 83-cü dəqiqəsində rəqibin heyətində Anton Qay “Ayaks”ı önə keçirib – 3:2.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda beşinci qol vurulub.

Modern.az xəbər verir ki, bu dəfə qonaqlar hesabda önə keçib – 3:2.

83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

***

22:52

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda növbəti qol vurulub.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib – 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

***

22:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib – 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

***

21:54

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

***

21:54

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyun başlayıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edir.