
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ilk hissə başa çatıb.
Metbuat.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar – 1:1.
Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.
***
22:26
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda ikinci qol vurulub.
Metbuat.az-ın məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib – 1:1.
Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.
***
21:57
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyununda hesab açılıb.
Metbuat.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.
***
21:46
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyunu start götürüb.
Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu – 36-cıdır.

