Bakı. Trend:
“Liverpul”un qapıçısı Alisson Beker karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, “Milan” braziliyalı qolkiperi transfer
etmək istəyir.
“Milan” 33 yaşlı futbolçu üçün artıq Mersisayd təmsilçisi ilə
danışıqlara başlayıb.
Qeyd edək ki, “Liverpul” Alisson Bekeri 2018-ci ilin yayında “Roma”dan 72 milyon avroya transfer edib.

