Azərbaycan Çinlə nəqliyyat-logistika əməkdaşlığını genişləndirməyi müzakirə edib

Baş səhifə
Azərbaycan Çinlə nəqliyyat-logistika əməkdaşlığını genişləndirməyi müzakirə edib

Azərbaycan və Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir müavini Saməddin Əsədovun Çin Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüşdə baş tutub.

S.Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi onun əsas tərkib hissəsi kimi görür.

Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, region ölkələri ilə fəal əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyi əhəmiyyətli dərəcədə yüksəlib.

Görüşdə, həmçinin Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə Çin tərəfinə məlumat verilib. Qeyd edilib ki, layihə regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcək.

Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün böyük imkanların mövcud olduğunu vurğulayıblar.