Bakı. Trend:
Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu
olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil,
minimum 46 gün verilməlidir.
Trend xəbər
verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin
bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə
xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv
sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının
təmin olunmasına yönəlmiş mühüm sosial addımdır.

