
Bakı. Trend:
Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı
50 nəfərdən çox olan iş yerlərində əməyin
mühafizəsi üzrə mühəndis vəzifəsi təsis ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə
olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, müəssisələrdə və fiziki şəxs olan
işəgötürənlərin yaratdıqları iş yerlərində işçilərin sayı
50 nəfərdən az olduqda əməyin mühafizəsi işinin
təşkili işçinin razılığı ilə və əmək müqaviləsinə müvafiq
dəyişiklik edilməklə əməyin mühafizəsi üzrə biliyi olan işçilərdən
birinin əmək funksiyasına daxil ediləcək.
Bu mümkün olmadıqda isə işəgötürən tərəfindən əməyin mühafizəsi
üzrə mütəxəssis vəzifəsi təsis ediləcək.

